13 iyun 2013 12:18
Jan-Pyer Papen Bakının idman direktoru olacaq
Fransa futbolunun canlı əfsanəsi Jan-Pyer Papen “Bakı”nın idman direktoru ola bilər. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun meneceri Vüqar Hüseynzadə məlumat verib.
“Bakı” Papenə idman direktoru vəzifəsini təklif edib. O, həm klubun işlərinə cavabdeh olacaq, həm də akademiyaya. Mənim işlərim isə əsasən birinci komandayla bağlı olacaq”.
