13 iyun 2013 12:51
Xəzər Lənkəran Toni Doblası da heyətdə saxladı
“Xəzər Lənkəran” qapıçısı Toni Doblası heyətdə saxlamağa qərar verib. Azerisport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
İspan futbolçu iyunun 19-da Almaniyada başlayacaq toplanışa qatılacaq. O, məhz Münhendə cənublularla yeni müqavilə imzalayacaq.
