14 iyun 2013 00:37

Ramin Musayev: Onlar az qala bizi öldürürlər

Topaz Premyer Liqasında aprel və may aylarının ən yaxşılarının mükafatlandırılması mərasimində iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tədbirdəki çıxışında bir sıra maraqlı fikirlər səsləndirdi. Azerisport.az PFL rəhbərinin həmin açıqlamaları ilə sizi də tanı edir:
 
“Azərbaycan kubokunun final oyunu ilə əlaqədar olaraq “Topaz”la birgə aprel və may aylarının ən yaxşılarının mükafatlandırma mərəsiminin bu gün keçirməyi qərara aldıq. “Topaz”la əməkdaşlığımızın bir ili tamam oldu. Hamı gördü ki, “Topaz”ın Azərbaycan futboluna böyük faydası oldu. Ötən mövsümün oyunlarının televiziyada canlı yayımının sayı əvvəlki mövsümlərlə müqayisədə 2 dəfə artdı. Bu isə “Topaz”ın 2 ilin işini 6-7 ay ərzində görməsi deməkdi. Növbəti mövsüm daha çox oyun yayımlanacaq. “Topaz” hətta, I Divizion oyunlarının yayımında da köməyini əsirgəmədi. Bir sözlə, “Topaz”la əməkdaşlıqdan razıyıq”.
 
Ramin Musayev gələcəkdə “Topaz”la yeni layihələr həyata keçirəcəklərini də bildirib. O, qeyd edib ki, KİV nümayəndələrinin də iştirakı ilə ölkə xaricində tədbirlərin təşkili nəzərdə tutulur.
 
Daha sonra KİV nümayəndələrinin suallarını cavablandıran Ramin Musayev bunları bildirih: “Növbəti mövsümdən keçiriləcək 10 komandadan ibarət 4 dövrəli sistemin tətbiqi klubların maddi durumları, sponsor problemi ilə bağlıdı. İki komandaya sponsor tapılsa, çempionat yenidən “altılıq” sistemi ilə keçiriləcək. Hələ püşkatma olmayıb, bunu edə bilərik. Klubların sponsor problemlərini nəzərə almaq lazımdı. Gəlin, azarkeşləri futboldan iyrəndirməyək. Milçəyi şişirdib, fil etməyək.
 
Naxçıvanın “Araz” klubu I Divizionda oynamaqla bağlı bizə rəsmi müraciət etməyib. Ancaq I Divizionda iştirak edəcək 7-8 klub bizə rəsmi şəkildə Naxçıvana getməklə bağlı maddi çətinlik çəkdiklərini bildirib. Çempionatın medalçılarına verilən pul mükafatlarının ləğv olunması “Topaz”a yox, mənə veriləsi sualdı. Sponsorun verdiyi pulun hara xərclənəcəyi bizə aid məsələdi. Klublar həmin məbləğin 20 faizini siz jurnalistlərə versə, mən mükafatları yenidən bərpa edəcəyəm. Klublar cərimələrin 50-60 faizini verməyib. Türkiyə Superkuboku uğrunda “Qalatasaray” – “Fənərbaxça” matçının Bakıda baş tutmamağından biz daha çox itirdik. Ancaq, bildiyiniz kimi, növbəti mövsümdə çempionatımızda turların sayı çox olacaq. Türkiyə Superkubokunun keçiriləcəyi gün Topaz Premyer Liqasında turun oyunları keçiriləcək. Hətta, təqvimdə sıxlıq olduğundan, millimizin almaniyalı baş məşqçisi Berti Foqtsla razılaşmadığımız məqamlar var. Oyunlarımız Novruz bayramında düşəndə yerli klub rəhbərləri buna etiraz etmirlər. Ancaq başqa din mənsubları öz bayramlarına düşəndə, az qala bizi öldürürlər. Məgər İspaniyada, İngiltərədə bayramda futbol oynamırlar?”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.