14 iyun 2013 00:42
“Ramin Musayev söz vermişdik, bu sözləri tuta bildik”
Topaz Premyer Liqasında aprel və may aylarının ən yaxşılarının mükafatlandırılması mərasimində iştirak edən “Azerİnteltek” şirkətinin idarə heyətinin sədri Ahmet Sezer fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bu il Peşəkar Futbol Liqası ilə əməkdaşlığımızın bir ili tamam olur. Biz Premyer Liqaya sponsorluq etməyə başlayanda Ramin Musayevə verdiyimiz sözlər var idi, bu sözləri necə həyata keçirəcəyimiz barədə düşünürdük. Lakin ötən 6 ay ərzində bu sözləri tuta bildik və buna görə çox sevincliyik. “Topaz” olaraq Azərbaycan Premyer Liqasının sponsoru olmaqdan böyük bir qürur hissi keçiririk. “Topaz” artıq 3 ildir ki, fəaliyyət göstərir. İndi Azərbaycanın, demək olar ki, bütün rayonlarında 500-ə yaxın nümayəndəliyimiz var, 1000-dən çox insanı işlə təmin etmişik. İdmana marağı artırmaq üçün futbola dəstək verdik. Gələcəkdə də bu yöndə fəaliyyətimizi davam etdirəcəyik. Ramin Musayevə və mətbuat işçilərinə verdikləri dəstəyə görə minnətdaram”.
