14 iyun 2013 00:51
Mingəçevirdə MY-nin məşqçiləri üçün istedad axtarışı başlayır (FOTOLAR)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə Bakcell şirkəti tərəfindən Bakıda və Azərbaycanın bir sıra regionlarında seçim turları təşkil olunub. Azerisport.az xəbər verir ki, seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 iyun tarixlərində Bakıda - “Bakcell Arena”da təşkil olunacaq və “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplanışında iştirak edə biləcəklər.
Seçim turu üçün ötən gün Mingəçevir şəhərində aparılan qeydiyyat prosesindən hazırlanmış fotoreportajı diqqətinizə çatdırırıq.
