13 iyun 2013 12:36

“Yaxın gələcəkdə rusiyalı futbolçular da Azərbaycana gedəcəklər”

“Qəbələ”nin baş məşqçisi Yuri Syominin agenti Dmitri Selyuk müştərisinin Azərbaycan çempionatındakı perspektivindən danışıb. Azerisport.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında öncə bunları dilə gətirib:

“İndi çoxları deyir ki, “Qəbələ”ni heç kim tanımır, Azərbaycan çempionatı demək olar inkişaf etmir. Amma məhz Syomin və ya Con Toşak kimi mütəxəssislərin bu ölkəyə gəlməsi çempionatın səviyyəsini qaldırır. Əminəm ki, yaxın gələcəkdə Azərbaycana Rusiyadan da futbolçular böyük məmnuniyyətlə gedəcəklər. Bu, nonsens olmayacaq”.
 
Selyuk “Qəbələ”ni bəzi Rusiya klubları ilə də müqayisə edib: “Qəbələ”nin imkanlarını hazırda “Rostov”la, “Krılya Sovetov”la müqayisə etmək olar. Son zamanlara qədər “Kuban” da eləydi. Amma orda hər şey çox sürətlə dəyişdi. Mən Lasin Traoreni bu kluba dəvət edəndə maksimum əmək haqqı 400 avro idi. Amma indi Şarl Kabore 1.2 milyon avro qazanır”.
 
Syominin meneceri arzularını da dilə gətirib: “Çox istəyirəm ki, Yuri Pavloviç çempion olub bir daha göstərsin ki, o, keçmiş SSRİ ölkələrində ən yaxşı mütəxəssislərdən biridi. “Qəbələ”nin qarşısına hazırda avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulub . İndiki heyətlə Syomindən böyük uğurlar gözləmək çətindi. Amma Syomin artıq yeni komanda formalaşdırmağa başlayıb. Lazım olan heyəti topladıqdan sonra böyük qələbələr gözləməyə dəyər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.