13 iyun 2013 13:06
Hafiz Məmmədov Lansa azərbaycanlı futbolçu aparacaq
Fransanın “Lans” klubu azərbaycanlı futbolçularla güclənə bilər. Azerisport.az xəbər verir ki, Hafiz Məmmədovun almağa hazırlaşdığı komandada 15 həmyerlimizin yer alması gözlənilir.
Qeyd edək ki, bu barədə müqavilədə xüsusi maddə də yer alıb. Klubun əsas söz sahiblərindən biri də Hafiz Məmmədov olacaq ki, belədə “Lans”ın müxtəlif yaş qrupları üzrə komandalarında həmyerlilərimizin çıxış etmək şansı kifayət qədər yüksək olacaq.
“Lans”ın əsas komandasında oynamağa əsas namizəd kimi isə yığmamızın da şərəfini qoruyan Kamran Ağayev, Elvin Məmmədov, Rauf Əliyev, Əfran İsmayılov, Cavid Hüseynov və Aqil Nəbiyev göstərilir.
