14 iyun 2013 01:07
“Azərbaycan yığması ilə biz heç vaxt oynamışıq”
Şotlandiya mətbuatı öz ölkələrinin futbol üzrə yığma komandasının Avropa və dünya çempionatlarının seçmə mərhələlərdəki rəqiblərindən danışarkən Azərbaycanla bağlı maraqlı bir məqama toxunublar. Azerisport.az xəbər verir ki, şotland həmkarlarımız bunları qeyd ediblər:
“Nə qədər təəccüblü olsa da, Şotlandiya seçmə mərhələlərdə heç vaxt Macarıstanla üz-üzə gəlməyib. Baxmayaraq ki, bu komanda ilə səkkiz dəfə yoxlama oyununda qüvvəmizi sınamışıq. Həmçinin Türkiyə də Şotlandiya ilə heç vaxt rəsmi görüşlərdə üz-üzə gəlməyib. Yeni futbol ölkələrindən isə Slovakiya və Azərbaycanla heç vaxt qarşılaşmamışıq”.