13 iyun 2013 13:30
“Qəbələyə hətta Ayaksdan da futbolçu gətirməkdə problem yoxdu”
“Qəbələ”nin baş məşqçisi Yuri Syominin meneceri Dmitri Seyluk Azərbaycan klubuna hətta “Ayaks”dan da futbolçu gətirməyə hazır olduğunu bildirib. Azerisport.az xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində bunları dilə gətirib:
“Azərbaycanda hollandlar çoxdu. Onlar bu ölkəyə çox asanlıqla gəlirlər. Heç mənim də “Qəbələ”yə bu ölkədən oyunçu gətirməyimdə problem yoxdu. Hətta “Ayaks”ın özündən də. Bu komandada çıxış edən seneqallı, qvineyalı oyunçulara gəlincə, onlar hələ Toni Adamsın çalışdığı dönəmdə kluba cəlb olunublar”.