13 iyun 2013 14:15
Xəzər Lənkəran braziliyalı qapıçı ilə müqavilə bağlayır (FOTO)
“Xəzər Lənkəran” braziliyalı qapıçı Duqlas Leyte ilə müqavilə bağlamağa hazırlaşır. Azerisport.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Duqlas iyunun 19-da Almaniyaya – “Xəzər Lənkəran”ın təlim-məşq toplanışına yollanacaq. Tərəflər məhz sözügedən ölkədə müqaviləyə imza atacaqlar.
Qeyd edək ki, 33 yaşlı Leyte karyerası ərzində 14 klubda çıxış edib ki, onların da əksəri yerli komandalardı. O, yalnız 2007-ci ildə Portuqaliyanın “Academica Coimbra” klubunda legioner həyatı yaşayıb. Duqlas karyerası ərzində həm də “Coritiba, “Osasco”, “Corinthians”, “Roma”, “Mineiros”, “ADAP Galo”, “Icasa”, “Avai”, “Guarani”, “Nautico”, “Linense”, “Criciuma” klublarında çıxış edib. Onun son komandası isə “Audax Rio” olub.
