14 iyun 2013 18:15
İsrail millimizi darmadağın etdi (YENİLƏNİB)
Bu gün İtaliyada çimərlik futbolu üzrə Avroliqa yarışlarına start verilib. Azerisport.az xəbər verir ki, birinci diviziona vəsiqə uğrunda Azərbaycan yığması da mübarizə aparır.
Qeyd edək ki, B qrupunda yer alan millimiz Türkiyə, Macarıstan və İsraillə yarışır. Komandamızın ilk rəqibi isə İsrail idi. Təəssüf ki, millimiz bu görüşdə darmadağınla üzləşib. Türkiyə isə Macarıstanı 3:1 üstələyib.
14 iyun
İsrail – Azərbaycan - 7:1
