13 iyun 2013 14:44
AS: Bakının baş məşqçisi Pantiç olacaq!
Xəbər verdiyimiz kimi, “Bakı”nı çalışdırmağa daha bir namizədin adı hallanmağa başlayıb. Azerisport.az xəbər verir ki, bu, serbiyalı Milinko Pantiçdi.
Artıq bu məlumatı İspaniyanın AS nəşri də təsdiqləyib. Məlumatda bildirilir ki, “Bakı”nın baş məşqçisi məhz Pantiç olacaq. Özü də o, təkcə əsas komandanı çalışdırmaqla kifayətlənməyəcək və klubun öz yetirmələrinin inkişafı ilə də xüsusi maraqlanacaq.
Onun klub rəhbərliyi ilə danışıqlar aparmaq üçün yaxın günlərdə Bakıya gəlməsi gözlənilir. Məlumatda o da bildirilir ki, Pantiçin başqa variantları da olmasına rəğmən, Azərbaycan klubunun təklifi daha cəlbedicidi.
Qeyd edək ki, 1966-cı ildə anadan olmuş Pantiç futbolçu karyerası dövründə vinger kimi çıxış edib. O, “Partizan”, “Olimpija” (Lyublyana), “Panionios”, “Atletico” (Madrid), “Le Havre” kimi klublarda top qovub. “Bakı” isə onun məşqçi kimi ilk iş yeri ola bilər.
