13 iyun 2013 14:51
Aprel və may aylarının ən yaxşı futbolçuları açıqlandı
Topaz Premyer Liqasında aprel və may aylarının ən yaxşı futbolçuları müəyyənləşib. Azerisport.ax xəbər verir ki, bu gün qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə aprel ayının ən yaxşı futbolçusunun “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda olduğu açıqlanıb. May ayının ən yaxşısı isə “Neftçi”nin forvardı Nikolas Kanales olub.
Qeyd edək ki, hər iki futbolçu hazırda Azərbaycanda deyil. Vətənlərində istirahətdə olan braziliyalı və çilili oyunçuların mükafatlarını “Qarabağ”dan Samir Musayev, “Neftçi”dən isə Kamal Quliyev alıb.
