13 iyun 2013 15:16
Rəvanın futbolçuları aprel və may aylarının ən yaxşı qollarının müəllifi oldu
Topaz Premyer Liqasında aprel və may aylarında vurulmuş ən yaxşı qolların müəllifləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu gün keçirilən tədbirdə aprel ayının ən yaxşı qolunun müəllifinin “Rəvan”ın üzvü Tofiq Mikayılov olduğu açıqlanıb.
Elə may ayının da ən yaxşı qolu “Rəvan”ın oyunçusu ilə bağlıdı. Ramazan Abbasov da ötən ayın ən yaxşı qolunun müəllifidi.
Paytaxt klubunun hər ikisi bu gün keçirilmiş tədbirdə mükafatlandırılıb.
