13 iyun 2013 15:56
Ramin Musayev: Birinci Divizion klubları Naxçıvana gedə bilməyəcəklər
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yeni yaradılan Naxçıvanın “Araz” klubu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən tədbirdə bunları dilə gətirib:
“Mənə hələ heç kim zəng etməyib ki, Naxçıvanda belə bir komanda yaradılıb və çempionatda iştirak etmək istəyir. Amma artıq bəzi Birinci Divizion klubları artıq öz narazılıqlarını bizə çatdırıblar. Onlar məhz maliyyə problemləri səbəbindən Naxçıvana getmək iqtidarında olmadıqlarını deyirlər”.