13 iyun 2013 16:03
Ramin Musayev narazı qaldı
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün keçirilmiş aprel və may aylarının ən yaxşılarının mükafatlandırılması mərasiminə qaliblərin qatılmamasından narazılıq edib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Yəni klublar öz oyunçularını bu tədbirə dəvət edə bilməzdilər? Axı onlarla bağlı tədbiri işıqlandırmağa bu qədər jurnalist gəlib”.
“Yəni klublar öz oyunçularını bu tədbirə dəvət edə bilməzdilər? Axı onlarla bağlı tədbiri işıqlandırmağa bu qədər jurnalist gəlib”.
Qeyd edək ki, aprel və may ayının ən yaxşı futbolçusu seçilmiş Riçard Almeyda (Qarabağ) ilə Nikolas Kanalesin (Neftçi) mükafatını müvafiq olaraq Samir Musayevlə Kamal Quliyev alıb.
