13 iyun 2013 16:12
Neftçi Çexiya klubu ilə üz-üzə gələcək
Azərbaycan çempionu “Neftçi”nin Avstriya toplanışı zamanı qarşılaşacağı rəqiblərdən birinin adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Böyükağa Hacıyev yetirmələrini “Slavia” ilə görüşdə sınayacaq.
Bu barədə Praqa klubunun rəsmi saytı məlumat yayıb. Çexiya klubu son mövsümdə ölkə çempionatını 7-ci yerdə bitirib.
Qeyd edək ki, bu komanda ilə görüş iyunun 24-də keçiriləcək.
