13 iyun 2013 16:36

Ramin Musayev: Növbəti mövsümdən Foqtsun hər çaldığı havaya oynamaq fikrimiz yoxdu

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin azerisport.az saytına müsahibəsi
 
- Çempionatın keçirilmə sistemini niyə dəyişdiniz?
- Biz bu qərarı klubların sponsorlarına görə qəbul etdik. Onlar dəyişiklik istəyirdilər. Biz də onlara bunu təklif etdik. Deyirlər ki, elitada klubların sayını 16 edin. Yox bir 20! Bəs mən bu qədər klubu hardan tapacam?
 
- Naxçıvanda yaradılan “Araz” klubu ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Mənə bu haqda heç kim zəng edib bir söz deməyib. Amma indidən birinci divizion klubları Naxçıvana getməklə bağlı narazılıqlarını dilə gətirirlər. Çünki onlar üçün bu, maliyyə problemləri səbəbindən çətin olacaq. Mən çempionatı keçirirəm, daha klubların səfər xərclərini ödəyəcək qədər pulum yoxdu. Klublara sponsorları cəlb etmək üçün isə onları vergidən azad etmək lazımdı. Necə ki, Türkiyədə bu təcrübədən istifadə olunur.
 
- Birinci Divizion klublarını da lisenziya tələb etməklə çempionata buraxmaq olmaz?
- Mən lisenziyalara cavabdeh deyiləm. AFFA-nın lisenziyalara baxan xüsusi komitəsi var. Birinci divizionda elə klublar var ki, burda qeyri-qanuni çıxış edirlər. Amma həmin klublarda da ailələrini dolandırmağa çalışan insanlar var. Biz onların çörəyinə bais ola bilmirik. Premyer Liqa isə ayrı məsələdi. Burda oynamaq istəyən klub bütün tələblərə cavab verməlidi, buna layiq olmalıdı.
 
- Kubokun finalından sonrakı qalmaqala münasibətiniz necədi? Xəbəriniz var ki, çoxları buna görə PFL-i günahkar hesab edir?
- Bizim təhlükəsizliyi təmin etmək imkanımız yoxdu. Bizə bu barədə polis zəmanət verir. Amma mən onları da günahlandıra bilmərəm. Çünki hər şey bir anda baş verdi. Ola bilər ki, bu hadisələrdə bizim də günahımız var. Lakin çox az.
 
- Klubların onlara kəsilən cərimələri ödəmədikləri düzdü?
- Klubların 55-60 faiz cəriməsi ödənilməyib. Ad çəkməyəcəm. Sponsorları küsərlər. Amma bizim də onların avrokuboklarda iştirak etdiklərinə görə almalı olduqları puldan kəsmək imkanımız var.
 
- Azərbaycanın Türkiyə Super Kuboku uğrundakı oyunu təşkil etməkdən imtinasına münasibətiniz necədi?
- Əlbəttə, biz çox şey itirdik. İlk növbədə azarkeş amilini qeyd etmək lazımdı. Amma həmin vaxt bizdə bir çox oyunlar olacaq. Yığmanın baş məşqçisi ilə də fikir ayrılıqlarımız çoxdu. Gələn mövsümdən artıq Berti Foqtsun hər çaldığı havaya oynamayacağıq.
 
- Hakimliklə bağlı hansısa dəyişikliklər olacaq?
- Hakimlərimiz orta hesabla ayda 2500 manat qazanırlar. Bu, kifayət qədər normaldı ki, onlar kənara boylanmasınlar. Kim ki bu qaydaları pozacaqlar, sərt şəkildə cəzalanacaqlar. 14 referi artıq hakimlikdən kənarlaşdırılıb. Lazım gəlsə, dörd hakim saxlayacağıq. Əsas odu ki, hər şey təmiz olsun.
 
- Polislərin azarkeşlərlə kobud davranışı sizi narahat etmir?
- Əlbəttə, narahat edir. Biz bununla bağlı DİN başçısı Ramil Usubova məktub yollamağa hazırlaşırıq. Polislər fanatlara qarşı kobudluq etməməlidilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.