13 iyun 2013 17:01
PFL avrokuboklara görə Premyer Liqanın oyunlarını təxirə salmayacaq
Növbəti mövsümdən etibarən Topaz Premyer Liqasının oyunları avrokuboklarda iştirak edən klublarımıza görə təxirə salınmayacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib:
“Ötən mövsüm biz “Neftçi”yə güzəştə getdik. Amma növbəti mövsümdən belə olmayacaq. Biz klublarımızdan hansılarınsa qrup mərhələsinə düşməsinə ancaq sevinə bilərik. Lakin buna görə kiməsə güzəşt edib, çempionatın təqvimində dəyişiklik etməyəcəyik”.