14 iyun 2013 12:16
Ruslan Abışov yeni mövsümə Kubana qarşı oyunla start verəcək
Futbol üzrə Rusiya Premyer Liqasında yeni mövsümün təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun heyətində yer aldığı “Rubin” klubu 2013/14 mövsümündə ilk oyununu “Kuban”a qarşı keçirəcək.
Kazan təmsilçisi mövsümə “Terek”ə qarşı keçirəcəyi ev oyunu ilə yekun vuracaq.
Sonda onu da qeyd edək ki, Rusiya çempionatında yeni mövsümə iyulun 13-də start veriləcək. Amma həmin gün Super Kubok uğrunda oyunda CSKA ilə “Zenit” qarşılaşacaq.
