14 iyun 2013 12:39

Vaqif Cavadov: Nə vaxtsa yenidən Qarabağa qayıtmağım istisna deyil

Futbol üzrə Azərbaycan yığmasının və “İnter”in hücumçusu Vaqif Cavadovun azerisport.az saytına müsahibəsi
 
- Lüksemburqla oyundan sonra siz mətbuata danışmaq istəmədiniz. Bu üzdən həmin oyundakı heç-heçənin səbəbini indi sizdən soruşmaq istərdik...
- Lüksemburq bizim məğlub etməyə borclu olduğumuz rəqibdi. Bu oyunda qalib gələ bilməməyimizin səbəbi isə ilk hissədə çoxlu qol vəziyyətini boşa verməyimizdi. Fasiləyə qədər təşəbbüs bizim əlimizdəydi. Komanda yaxşı oynayırdı. Amma bunu nəticədə əks etdirə bilmədik. Şəxsən mən istədiyimiz nəticəni qazana bilmədiyimizə görə çox məyusam.
 
- Bir neçə il öncə yoldaşlıq oyununda məğlub etdiyimiz bu komanda ilə rəsmi oyunlarda cəmi iki xal toplaya bildik...
- Siz elə bilirsiz ki, futbolçular özləri qələbə qazanmaq istəmirlər? İnanın ki, bunu hamıdan çox elə biz özümüz istəyirdik. Bizim də yaxınlarımız, qohumlarımız oyunlarımızı izləyirlər, milliyə azarkeşlik edirlər, nəticə gözləyirlər. Biz bu dəfə Lüksemburqdakından daha yaxşı oyun sərgilədik. Sadəcə, nəticə qazana bilmədik. Özü də mən rəqibin deyildiyi qədər zəif olduğunu düşünmürəm. Onların heyətində Avropanın bir sıra ölkələrində çıxış edən futbolçular var.
 
- Aazarkeşlər yenə Berti Foqtsu istefaya çağırdılar. Sizin buna münasibətiniz necədi?
- Adətən azarkeşlərin istefa şüarlarını matçın sonlarında eşidirdik. Amma Lüksemburqla görüşdə 55-ci dəqiqədən etibarən bunu etməyə başladılar. Bu, oyunçulara çox pis təsir edir. Mən bununla özümüzə haqq qazandırmaq istəmirəm. Sadəcə onu bildirmək istəyirəm ki, ən azından doğma meydanda çıxış edəndə azarkeşlərimizin dəstəyini hiss etmək istəyirik, bizi daha da ruhdan salmalarını yox.
 
- Bəs siz fanatların yerində olsaydınız nə edərdiniz?
- Mən də məyus olardım. Onları başa düşürəm. Həmişə bizi dəstəkləməyə çalışırlar. Amma biz onları heç də həmişə sevindirə bilmirik. Sadəcə istəyirəm ki, onlar da futbolçuları başa düşsünlər. Bizim də bəzi yaxşı oyunlarımız olub. Məsələn, Rusiyaya, Türkiyəyə, Belçikaya qarşı... Lakin yaxşı oynadığın halda bəxtin gətirməyəndə ən azından azarkeşlərin dəstəyini hiss etmək çox vacibdi. Bizdə isə əksinədi.
 
- “Qarabağ”ı niyə tərk etdiniz?
- “İnter”dən təklif aldım və razılaşdım. “Qarabağ”da heç bir problemim yox idi. Zədəm olsa da, fikrimcə ötən mövsüm bu komandada pis təsir bağışlamadım. Amma hərdən nəyisə dəyişməyə ehtiyac olduğunu hiss edirsən. “İnter”ə də buna görə keçdim. Nə vaxtsa yenidən “Qarabağ”a qayıtmağım istisna deyil.

- “Xəzər Lənkəran” və “Qəbələ”nin təklifini qəbul etməmisiz...
- Mənimlə maraqlandıqlarına görə onlara təşəkkürümü bildirirəm. Amma mən ailə vəziyyətimlə əlaqədar paytaxtı tərk edə bilmirəm. Ümid edirəm ki, “İnter”dəki karyeram yaxşı alınacaq. Bu, sabit çıxışı ilə seçilən komandadı və daim avrokuboklarda iştirak edir.

- Amma onların avrokuboklarda bəxti heç vaxt gətirmir...
- Bəli, komanda bir neçə dəfə penaltilərlə uduzaraq mübarizəni dayandırıb. Baxmayaraq ki, daha çoxuna layiq olduqlarını sübut ediblər. Bu dəfə “İnter”in Avropa Liqasında uğurlu çıxış etməsi üçün əlimdən gələni edəcəm. Bizim hədəfimiz mümkün qədər irəli getməkdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.