14 iyun 2013 13:14
Sabah U-15 Liqasına yekun vurulacaq
İyunun 16-da AFFA-nın U-15 qızlar Liqasının cari mövsümünə yekun vurulacaq. Azerisport.az xəbər verir ki, saat 14:30-da III yer uğrunda oyunda Sumqayıt və Zaqatala komandaları, saat 17:00-da isə final qarşılaşmasında Təhsil və İmişli komandaları üz-üzə gələcək.
Hər iki oyun Bayıl stadionunda keçiriləcək.
