14 iyun 2013 14:18
Elxan Abdullayev: Ruslan Abışov azarkeşlər qarşısında üzr istəməlidi
Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Elxan Abdullayev millimizin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirdiyi oyundan danışıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:
“Oyundan öncə hamımız deyirdik ki, bu rəqibə qalib gəlməliyik. Amma buna nəyin sayəsində nail ola bilərdik? Axı biz özümüz də Lüksemburq, Lixtenşteyn səviyyəsində bir komandayıq. Deyəsən, bircə San-Marino bizdən xal ala bilməyib. Bu da ona görədi ki, onlarla heç vaxt qarşılaşmamışıq. Yeddi oyuna iki qol vurmuşuq, onu da müdafiəçi vurub. Çünki hücumçumuz yoxdu. Fikrimcə, bizdə yığmaya münasibət fərqlidi. Hesab edirlər ki, Azərbaycanda idmana, futbola bu qədər qayğı varsa, inkişaf da olmalıdı. Lüksemburq yığmasında isə poçtalyon oynayır, bizə qol vururlar, Bakıdan xal aparırlar. Bizim problemimiz başqadı. Yadınızdadırsa, mən hələ üç il əvvəl Berti Foqtsu komandasıyla birgə yola salmaq lazım olduğunu demişdim. Artıq onun getmək vaxtıdı”.
“Oyundan öncə hamımız deyirdik ki, bu rəqibə qalib gəlməliyik. Amma buna nəyin sayəsində nail ola bilərdik? Axı biz özümüz də Lüksemburq, Lixtenşteyn səviyyəsində bir komandayıq. Deyəsən, bircə San-Marino bizdən xal ala bilməyib. Bu da ona görədi ki, onlarla heç vaxt qarşılaşmamışıq. Yeddi oyuna iki qol vurmuşuq, onu da müdafiəçi vurub. Çünki hücumçumuz yoxdu. Fikrimcə, bizdə yığmaya münasibət fərqlidi. Hesab edirlər ki, Azərbaycanda idmana, futbola bu qədər qayğı varsa, inkişaf da olmalıdı. Lüksemburq yığmasında isə poçtalyon oynayır, bizə qol vururlar, Bakıdan xal aparırlar. Bizim problemimiz başqadı. Yadınızdadırsa, mən hələ üç il əvvəl Berti Foqtsu komandasıyla birgə yola salmaq lazım olduğunu demişdim. Artıq onun getmək vaxtıdı”.
Abdullayev futbolçuların çıxışından da danışıb: “Oyunçuları günahlandırmaq lazım deyil. Onlar öz imkanları daxilində güclərini ortaya qoyurlar. Düzdü, onlara mükafatlar verilir. Amma bizim oyunçular o səviyyədə deyillər ki, bu mükafata layiq olduqlarını isbatlasınlar. Ümumiyyətlə, bizdə mükafatların düzgün qurulmadığını düşünürəm. Əlbəttə, qələbəyə görə mükafat verilməlidi. Amma öncədən komandanın qarşısına bir hədəf qoyulmalıdı ki, ona nail olduqları halda, bu mükafata sahib çıxsınlar. Məsələn, bu seçmə tsikldə 10 xal toplayın, müəyyənləşdirilmiş məbləği qazanın. Ondan sonra kimin nə qədər oynadığını, nə qədər qol vurduğunu hesablamaq olar. Amma hər heç-heçəyə, məğlubiyyətə görə də mükafat vermək düzgün deyil”.
Millinin sabi məşqçisi belə olan halda da yığmada hansısa dəyişiklik olacağına əmin olmadığını deyir: “Guya mükafatlar ləğv olunsa, nə dəyişəcək? Onda komandamız ümumiyyətlə Lüksemburq tipli komandalara qalib gələ bilməyəcək. Çünki bizim futbolçularımız belədilər. Məsələn, mətbuatda da görürəm ki, futbolçularımız bir-birinə necə əsəbləşirlər. Kamran Mahiri söyür, Mahir Vaqifi, Elnur Mahirə qışqırır”.
AZAL-ın sabiq çalışdırıcısı Ruslan Abışovun oyundan sonra azarkeşlərlə bağlı dediyi fikirlərə də münasibət bildirib: “Bax soruşmaq istəyirəm, sən axı kimsən, Ruslan? Kimsən ki, azarkeşlərlə bağlı belə sözlər deyirsən? Azarkeşlərin fikri ilə həmişə hesablaşmaq lazımdı. Çünki futbolu hamı onlara görə oynayır. Mən Abışovdan yaxşı saç düzümündən başqa hələ heç nə görməmişəm. Düzdü, “Rubin”ə keçib. Amma nə olsun? Belə sözlər deməməliydi. Abışov indi bu sözünə görə ən azından azarkeşlərdən üzr istəməlidi. Mən özüm də yığmanın bir azarkeşiyəm və bu sözlər mənim üçün təhqirdi. Yadınızdadırsa, Rusiya yığmasının yarımmüdafiəçisi Andrey Arşavin də elə bir söz işlətmişdi və azarkeşlərin ona necə reaksiya verdiyini hamı gördü. Ruslan qol vurdu, azarkeşləri sevindirdi. Amma bu sözləri ilə... Yığmanın oyunçusundan belə söz eşitmək heç də xoş deyil”.
AFFA-nın tezliklə Foqtsa əvəzləyici axtarmağa başlayacağı barədə xəbərlərə də münasibət bildirən Abdullayev bunları söyləyib: “Mən öz fikrimdə qalıram. Millətçi olduğumu düşünməyin. Özüm də məşqçiyəm. O, mənim həmkarımdı. Amma bir halda məşqçi öz işi ilə komandaya kömək edə bilmirsə, getməlidi. Beş il öncə biz futbolumuzu çölə atmışıq. Foqtsdan hesab soruşmaq da lazım deyil. Cavabı onu bu vaxta qədər həmin postda saxlayanlardan soruşmaq lazımdı. Çünki onlar bu mütəxəssisi seçməklə necə səhvə yol vermişdilərsə, indi onun yerinə gələn də elə olacaq. Əslində mənim üçün çox xoşdu ki, Foqts yığmamızda bu qədər vaxt verilən ilk mütəxəssis oldu. Adətən məşqçilərə bir tsikl vaxt verirlər. Amma Foqts beş ildi bu postdadı və ortalıqda da heç nə yoxdu. Mən yerli məşqinin tərəfdarıyam. Çünki ən azından yerli futbolu daha yaxşı bilirlər. Uyğunlaşma üçün vaxta ehtiyac olmur. Əgər hansısa əcnəbi mütəxəssis komanda ilə dərhal dil tapa bilsə, bəlkə də nəsə alınar. Foqtsun vaxtından tez getməsini də istəməzdim. Hələ seçmə mərhələnin qalan oyunlarını gözləyirəm. Onun nə qədər xal topladığını bilmək istəyirəm. Lüksemburqla görüşlərdə cəmi 2 xal qazanan mütəxəssisin söz verdiyi 10 xalı necə toplayacağı maraqlıdı”.
Abdullayev yığmaya çağırılan futbolçulardan da danışıb: “Nə qədər ki, yığmaya Almaniyanın aşağı liqalarında çıxış edən futbolçuları dəvət edəcəyik, biz heç vaxt qabağa getməyəcəyik. Foqtsdan soruşmaq lazımdı ki, Asif Məmmədovu niyə milliyə cəlb etmir? Deyir o, ancaq Azərbaycan çempionatı səviyyəsində yaxşı oyunçudu. Bu, nə deməkdi axı? Amma Almaniyanın hansısa komandasında oynayan Rüfət Dadaşov Qətərə qarşı oynayıb, qol vuran kimi rəsmi oyunda start heyətdə meydana çıxır. İranda 20 milyon azərbaycanlı yaşayır, onların arasından futbolçu axtarın! İndi hansısa azərbaycanlı xarici çempionatda çıxış edirsə, onları dərhal milliyə dəvət etməliyik”?
