14 iyun 2013 14:37
Mindauqas Kalonas Bakıya keçdi
“Rəvan”ın yarımmüdafiəçisi Mindauqas Kalonas paytaxt klubu ilə yollarını ayırmağa qərar verib. Azerisport.az xəbər verir ki, bu barədə Litva mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, o, yeni mövsümdən başqa Azərbaycan klubunda çıxış edəcək. Litvalı həmkarlarımız da hələ xeyli müddət öncə də bildirildiyi kimi, Kalonasın “Bakı”ya keçdiyini bəyan ediblər.
