14 iyun 2013 14:53
Çertoqanov: Sumqayıt, yoxsa AZAL?
Futbol üzrə Azərbaycan yığmasının yarımüdafiəçisi Aleksandr Çertoqanov hələ də özünə yeni klub tapa bilməyib. Azerisport.az xəbər verir ki, son klubu “Qəbələ” olan təcrübəli futbolçu hazırda vətənində istirahətdədi.
O, iyunun 21-də Bakıya qayıtmağa hazırlaşır. Çertoqanova hələlik iki real təklif var ki, bunlardan biri AZAL-dan, digəri isə “Sumqayıt”dandı. Böyük ehtimalla o, karyerasını bu klublardan birində davam etdirəcək.
