15 iyun 2013 00:02
Xəzər Lənkəranın futbolçusu milli komandada
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 21-dən 23-dək Bakıda, iyunun 23-dən iyulun 1-dək isə Avstriyada təlim-məşq toplanışında olacaq. Azerisport.az xəbər verir ki, komandamızın heyətinə daha bir futbolçu dəvət olunub.
Belə ki, “Xəzər Lənkəran”ın üzvü Kamran Abdullazadə Avstriyaya yollanacaq.
