14 iyun 2013 15:15
Cahangir Həsənzadə yenə Neftçiyə qayıdır?
Futbol üzrə Azərbaycan yığmasının sabiq qapıçısı Cahangir Həsənzadə karyerasını harda davam etdirəcəyini hələ müəyyənləşdirməyib. Azerisport.az xəbər verir ki, AZAL-la müqaviləsinin müddəti başa çatan təcrübəli qolkiper digər təklifləri də dəyərləndirir:
“AZAL-la müqaviləmin müddəti baaş çatıb. Hələ harda oynayacağımı dəqiqləşdirməmişəm. Mümkündü ki, yenə bu komandada qalım. Hər şey razılığa gəlməyimizdən asılıdı. “Neftçi”yə keçəcəyim haqda söhbətlərə gəlincə, hər şey danışıq səviyyəsindədi. Mənə heç kim rəsmi təklif göndərməyib”.

Qeyd edək ki, Həsənzadə karyerası ərzində “Neftçi”də çıxış edib.