14 iyun 2013 15:34
Yığmamızın sabiq baş məşqçisi İsveçrə klubunda
Futbol üzrə Azərbaycanın qızlardan ibarət U-17 yığma komandasının sabiq baş məşqçisi Sissi Rayt özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis İsveçrənin “Staad” klubunun baş məşqçisi olub.
Qeyd edək ki, Rayt 2010-2012-ci illər aralığında Azərbaycan yığmasının sükanı arxasında çalışıb.
