15 iyun 2013 18:20
Azərbaycan Türkiyəyə də böyük hesabla məğlub oldu (YENİLƏNİB)
İtaliyada çimərlik futbolu üzrə Avroliqa yarışları davam edir. Azerisport.az xəbər verir ki, birinci diviziona vəsiqə uğrunda Azərbaycan yığması da mübarizə aparır.
Qeyd edək ki, B qrupunda yer alan millimiz Türkiyə, Macarıstan və İsraillə yarışır. Komandamızın ilk rəqibi İsrail olmuşdu və təəssüf ki, millimiz bu görüşdə darmadağınla üzləşmişdi – 1:7. Bu gün isə millimiz Türkiyə ilə qarşılaşıb. Hansı ki, bu komanda startda Macarıstanı 3:1 üstələmişdi. Təəssüf ki, yığmamız bu dəfə də darmadağından qaça bilməyib - 2:6.
14 iyun
Azərbaycan – Türkiyə - 2:6
