15 iyun 2013 01:09
Ruslan Abışovun komandası ilk matçında uduzdu
Futbol üzrə Azərbaycan millisinin üzvü Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” Avstriyadakı təlim-məşq toplanışında ilk yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisi Slovakiyanın "Zlate-Moravtse" klubu ilə qarşılaşıb.
Ruslan Abışovun iştirak etmədiyi görüş Slovakiya təmsilçisinin qələbəsi ilə başa çatıb. Lukas Kovaçın matçın 80-ci dəqiqəsində vurduğu qol "Zlate-Moravtse" klubuna qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, "Rubin" Avstriyada növbəti matçını da Slovakiya klubuna qarşı keçirəcək.
