14 iyun 2013 16:17
Final oyunu canlı yayımda
AFFA-nın U-15 qızlar Liqasının Təhsil və İmişli komandaları arasında keçiriləcək final oyunu canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, qarşılaşma İdman Azərbaycan kanalı və affatv.az saytı vasitəsilə yayımlanacaq.
Qeyd edək ki, oyun iyunun 16-da, saat 17:00-da, Bayıl stadionunda keçiriləcək.
