14 iyun 2013 16:30

Lənkəranlı azarkeşlər İlham Əliyevə müraciət etdilər

Son illər Azərbaycan futbolunda baş verən neqativ hallar 28-may 2013 tarixində keçirilən kubokun final oyununda özünün kulminasiya nöqtəsinə çatmışdı ki, bu da ölkənin futbol ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılandı. Azerisport.az xəbər verir ki, final matçı bitdikdən sonra baş verən biabırçı hadisələr Azərbaycan futbolundakı özbaşınalığın məntiqi nəticəsi idi.
 
Belə ki, finala qədər keçirilən istər çempionat istərsə də kubok oyunlarında hakimlərin tapşırıqlara riayət etməsi ucbatından birtərəfli idarəçiliyi, həmçinin dəfələrlə futbolçuların meydanlarda döyülməsinə göz yumulması finalda baş verənlərin yaşanmasına zəmin yaradırdı. Bu vaxta qədər hakimlərin bir komandaya canla başla qulluq etmələrinə müxtəlif formalarda don geydirilir, bir klubun əməkdaşlarının bütün qeyri insani və zorakı hərəkətləri ört basdır edilirdi. Final qarşılaşmasında təhlükəsizliyin təmin olunmaması isə bunacan ört basdır edilən hərəkətlərin qabarıq şəkildə görünməsinə gətirib çıxartdı. 28-may tarixində baş verən hadisələrin video görüntüləri internet saytları və sosial şəbəkələr vasitəsi ilə bütün dünyaya yayıldı. Həmin görüntülərdəki biabırçı mənzərə isə əlbəttə ölkəmizin beynəlxalq nüfuzuna zərbə kimi dəyərləndirilməlidir. Məhz bu səbəbdən də “Xəzər Lənkəran” klubunun veteranları və fan klubları Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə  müraciət ünvanlayaraq Azərbaycan futbolunda baş verən özbaşınalıqların yaranmasında günahkar olan şəxslərin vəzifələrindən kənarlaşdırılmasını və cəzalanmasını xahiş etmişlər. Veteran futbolçularımız və azarkeşlərimiz inanırlar ki, dövlət başçısının müdaxiləsi nəticəsində ölkə futbolunda cəzasız qalan özbaşınalığa son qoyulacaq. Müraciəti “Xəzər Lənkəran”  veteranları klubu, “Bosman” və “Caspian Ultras” fan klublarının eləcə də “12-ci oyunçu” azarkeş qrupunun rəhbərləri imzalayıblar.
 
Qeyd edək ki, müraciət bu gün ölkə başçısına göndərilib. (12-ci oyunçu)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.