14 iyun 2013 16:51
Orduspor Subaşiçin transferini təsdiqlədi
Türkiyənin “Orduspor” klubu Branimir Subaşiçin transferini təsdiqləyib. Azerisport.az xəbər verir ki, bu barədə klubun prezidenti Nedim Türkmen açıqlama verib.
Türkmen millimizin serb əsilli futbolçusu ilə ilkin üqavilə imzaladıqlarını bildirib: “Subaşiçlə ilkin müqavilə imzalamışıq. Oyunçu bazar ertəsi Belqraddan İstanbula gələcək”.
