15 iyun 2013 17:08
İnter artıq Avstriyadadı
“İnter” UEFA Avropa Liqasının oyunlarına hazırlıq çərçivəsində təlim-məşq toplanışı keçirmək məqsədilə Avstriyaya yollanıb. Azerisport.az xəbər verir ki, “bankirlər” Bakıdan birbaşa Avstriyanın paytaxtı Vyana şəhərinə uçub.
Sonra “İnter” təyyarə ilə Zalsburq şəhərinə yollanıb. Komanda Zalsburqdan Tirol şəhərinə isə avtobusla çatıb.
Qeyd edək ki, “İnter” Tirol şəhərində Vilder dağının ətəyində yerləşən “Kayzer” otelində məskunlaşıb.
Əlavə edək ki, bu gün komanda artıq səhər məşq edib, axşam isə daha bir məşqin keçirilməsi nəzərdə tutulur.
