16 iyun 2013 00:07
“Millimizin Lüksemburqla heç-heçəsini məğlubiyyətə bərabər sayıram”
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Vidadi Rzayev milli komandamızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirdiyi oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Biz hamımız bu oyundan qələbə gözləyirdik. Amma komandamız hamı üçün xoşagəlməz sürpriz etdi. Halbuki, oyundan öncə bu rəqibdən güclü olduğumuz deyilirdi. İndi isə hamı bizə gülür. Şəxsən mən, bu heç-heçəni məğlubiyyətə bərabər hesab edirəm. Azərbaycan yığması bu oyunda Lüksemburqa uduzdu. Artıq söz demək istəmirəm”.