15 iyun 2013 11:15

Adrian Pit: Avropa Liqası haqda danışmaq hələ tezdi

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasındakı perspektivindən danışıb, eləcə də “Neftçi” ilə Azərbaycan Kubokunun final matçındakı münaqişəni yada salıb.
 
“Mövsümü çox pis keçirsək də, hər halda Avropa Liqasına vəsiqə qazanmağımız üstünlüyümüzdü. Çox şadam ki, ən azından buna nail ola bildik. Həm də mən buna yalnız öz gücümüz sayəsində nail olduğumuzu düşünürəm. Çünki biz güclü rəqiblərə qalib gəlməklə finala çıxmışdıq. Avrokuboklardakı şanslarımız barədə indidən nəsə demək tezdi. İstənilən halda biz Avroliqada mümkün qədər uğurlu çıxış etmək istəyirik. Özü də bizim yeni baş məşqçimiz var. Komanda onun rəhbərliyi altında uğur qazanmaq istəyir. Hər şeyi zaman göstərəcək”.

Pitin sözlərinə görə, “Xəzər Lənkəran”ın ikinci altılıqda çıxış etməsi komandanın Avroliqaya inaml şəkildə hazırlaşmasına mane olmayacaq: “Bu amilin komandamızın Avroliqadakı çıxışına təsirsiz ötüşəcəyini düşünmürəm. Çünki biz buna qədər bütöv bir hazırlıq prosesi keçəcəyik. Ümidvaram ki, Avroliqaya qədər hər şey yoluna düşəcək”.
 
Rumıniyalı yarımmüdafiəçi kubokun “Neftçi” ilə final oyunundan, eləcə də matçdan sonrakı qalmaqaldan da danışıb: “Neftçi” birinci hissədə yaxşı oynadı. Amma ikinci hissədə biz təşəbbüsə yiyələnmişdik. Penaltilərlə uduzmağımız artıq bəxt amili ilə bağlıydı. Təəssüf ki, bəxt bizim üzümüzə gülmədi. Oyundan sonra baş verənlərə gəlincə, bunu heç şərh də etmək istəməzdim. Belə münaqişələr futbol simasını itirməsinə gətirib çıxarır. Aydın məsələdi ki, emosiyalar üst həddə idi. Amma istənilən halda belə hərəkətlərə yol vermək lazım deyildi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.