16 iyun 2013 00:19

Cihan Özkara: Almaniya pasportum da ola bilərdi

Azerisport.az sizi futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Sivasspor” klubunun hücumçusu Cihan Özkaranın müsahibəsi ilə tanış edir.
 
- Türkiyədə keçirdiyiniz oyunlardan hansı daha çox yadınızda qalıb?
- Bu möhtəşəm çempionatda hər oyunumu səbrsizliklə gözləyirəm. Super Liqada oynamaq sadəcə bir arzudu. Əvvəllər mən “Galatasaray”ın tərəfdarı idim. Geridə qalan mövsümün son oyunlarından birini səfərdə məhz bu komandaya qarşı keçirdik. Rəqib çempion olmaq üçün ev oyununda bizə mütləq qalib gəlməliydi. Düzdü, biz buna mane ola bilmədik. Amma mən “Türk Telekom Arena”da – 55 min azarkeşin gözü qarşısında qol vurmağa nail oldum. Bu, mənim üçün ən yaddaqalan görüşlərdən biri oldu.
 
- Karyeranızda nəyə nail olmaq istəyirsiz?
- Yeni mövsümdən daha çox qol vurmaq istəyirəm. Ümid edirəm ki, yeni baş məşqçimiz Roberto Karlos mənim üçün yeni stimul olacaq və inkişaf etməyimə şərait yaradacaq. Əsas hədəfim ilk dördlükdə yer alan aparıcı klublardan birinin heyətinə cəlb olunmaqdı.
 
- Sizin üçün vətəndaşlığınız var. Bu, necə olub?
- Bu, düz deyil. Hazırda yalnız Türkiyə və Azərbaycan pasportum var. Düzdü, indi Almaniya vətəndaşlığım da ola bilərdi. Amma o vaxt “Rot Vays Aalen” mənim Almaniyanın gənclərdən ibarət yığmasında çıxış etməyimə icazə vermədi.
 
- Bəs Azərbaycanı niyə seçdiniz?
- Bu seçim mənim üçün çətin alındı. Ailəmlə müzakirə etdim. Berti Foqts və AFFA məni bu komandanın lehinə seçim etməyimə inandıra bildik.
 
- Berti Foqtsla çalışmaq necədi?
- O, yaxşı məşqçi və əla inşandı. Ondan çox şey öyrənmək olar. Foqtsun köməkçisi Uli Ştayn da yaxşı məşqçidi. Azərbaycan yığmasına hər dəvəti böyük səbrsizliklə gözləyirəm.
 
- DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki çıxışınızı necə dəyərləndirə bilərsiz?
- Seçmə mərhələyə İsraillə ev oyununuyla başladıq (1:1). Fikrimcə, komandamız yaxşı təsir bağışlayır. Amma hər dəfə bəxtsizliklə üzləşir. Məsələn, Rusiya ilə oyunun son dəqiqələrində məğlub olduq.
 
- Kristiano Ronaldoya qarşı oynadınız. Nə kimi çətinliklə üzləşdiniz?
- Superulduzla bir qazonda top qovmaq inanılmazdı. Biz yaxşı dayanmışdıq. Amma təəssüf ki, sonda üç qol buraxdıq. Bu oyunda digər görüşlərlə müqayisədə həyəcan çox idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.