16 iyun 2013 00:24
Kamran Ağayev və Elvin Məmmədov hərbçilərdən ibarət milli komandamıza çağırıldı
Futbol üzrə Azərbaycanın hərbçilərdən ibarət yığma komandasının Bakıda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, bu komandanın baş məşqçisi təyin olunan Nazim Süleymanov heyətə aşağıdakı futbolçuları dəvət edib:
Kamran Ağayev, Cavid Hüseynov, Nurlan Novruzov, Rəhman Hacıyev, Bəxtiyar Soltanov, Elvin Məmmədov, Aqil Məmmədov.
Kamran Ağayev, Cavid Hüseynov, Nurlan Novruzov, Rəhman Hacıyev, Bəxtiyar Soltanov, Elvin Məmmədov, Aqil Məmmədov.
Qeyd edək ki, bunlar Premyer Liqa klublarında və əsas millimizdə çıxış edən aparıcı futbolçularımızdı. Onlarla yanaşı komandaya başqa futbolçular da cəlb olunublar. Süleymanov hazırda bu oyunçularla gündə iki dəfə məşq keçir.
Sonda onu da xatırladaq ki, hərbçilər arasındakı dünya çempionatı 2-14 iyul tarixlərində ölkəmizdə keçiriləcək.
