16 iyun 2013 00:33
Yığmamız üçün AÇ öncəsi əyləncəli tədbir
İyunun 18-dən 23-dək Monteneqronun Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda hər 3 güləş növü üzrə Azərbaycan idmançıları da iştirak edəcəklər.
İyunun 15-də Bakıdakı “Megafun” Əyləncə Mərkəzində Avropa çempionatına yollanacaq güləşçilərin əhval-ruhiyyələrini yüksəltmək üçün əyləncəli tədbir təşkil olunub. Güləşçilər müxtəlif əyləncəli proqramları izləyib, müxtəlif oyunlar oynayıb və boulinq yarışında güclərini sınayıb.
