16 iyun 2013 01:55
Konfederasiyalar Kuboku darmadağınla start götürdü (YENİLƏNİB)
Bu gün Braziliyada futbol üzrə Konfederasiyalar Kuboku start götürüb. Azerisport.az xəbər verir ki, sayca 9-cu dəfə keçiriləcək yarışda 8 milli komanda çıxış edir.
A qrupunda Braziliya, Yaponiya, Meksika və İtaliya yığmaları, B qrupunda isə İspaniya, Uruqvay, Taiti və Nigeriya milliləri mübarizə aparırlar.
Turnirin açılış matçında meydan sahibi Braziliya Yaponiya ilə qarşılaşıb. Görüş meydan sahiblərinin möhtəşəm qələbəsiylə başa çatıb.
Konfederasiyalar Kuboku
15 iyun
A qrupu
Braziliya - Yaponiya - 3:0 (1:0)
Qollar: Neymar, 3, Paulinyo, 48, Jo, 90.
