15 iyun 2013 12:48
Qəbələ daha bir hücumçu aldı
Yeni mövsüm üçün iddialı komanda qurmağa çalışan “Qəbələ” daha bir futbolçunun keçidini həll edib. Azerisport.az xəbər verir ki, əyalət təmsilçisi “Kuban”ın hücumçusu Əbdülvahid Afolabi ilə müqavilə imzalayıb.
22 yaşlı legionerlə “1+1” şərti ilə müqavilə imzalanıb.
Qeyd edək ki, “Qəbələ” bunadək “Simurq”dan qapıçılar – polşalı David Petrkeiviçlə Dmitri Kramarenko, “İnter”dən müdafiəçi Vladimir Levin, orta sahə oyunçuları Nizami Hacıyevlə seneqallı İbrahima Niasse və “Ayaks”ın hollandiyalı sol cinah yarımmüdafiəçisi Lorenzo Ebesilyonu transfer etmişdi.
