16 iyun 2013 19:43
AFFA-nın baş katibi İsraildə səfərdədi (FOTO)
AFFA-nın baş katibi Elxan Məmmədov İsrail Futbol Assosiasiyasının dəvəti ilə İsraildə səfərdədi. Azerisport.az xəbər verir ki, səfərin məqsədi İsrailde təşkil olunmuş 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa cempionatının final mərhələsinin yarımfinal oyunlarını izləməkdi.
E.Məmmədov İsrail Futbol Assosiasiyasının prezidenti Avi Luzonla görüşüb və AFFA adından bu turnir münasibətilə təbrik edib.
Qeyd edək ki, İFA-nən prezidenti Avi Luzon UEFA İcraiyyə Komitəsinin üzvüdü.
