16 iyun 2013 11:15

Arif Əsədov: Ruslan Abışov azarkeşləri qınamaqda müəyyən mənada haqlıdı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədovun azerisport.az saytına müsahibəsi
 
- “Neftçi”, “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” tezliklə yeni avrokuboklar mövsümünə start verəcək. Artıq potensial rəqiblər də bəllidi. Ümumilikdə, komandalarımızın şansları barədə nə deyə bilərsiz?
- Ötən il “Neftçi”nin Avropa Liqasında qazandığı uğur klublarımızı bu dəfə qarşılarına daha böyük hədəflər qoymağa məcbur edir. Artıq onların hamısı indi qrup mərhələsinə düşmək üçün mübarizə aparmalıdı. Etiraf edim ki, mümkün rəqiblərin siyahısı ilə tam tanış deyiləm. Amma klublarımızın ölkəmizi layiqli şəkildə təmsil edəcəyinə əminəm.
 
- “Neftçi” bu il də Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyir. Sizcə, bu, alınacaq?
- Əlbəttə, şans həmişə var. Amma hələ “Neftçi”nin heyətində hansı dəyişiklərin olacağını bilmirik. Bəzi aparıcı oyunçuların komandanı tərk etdiyi bildirilir. Məncə, bu yolda çox şey “ağ-qaralar”ın transfer siyasətini necə aparmasından asılı olacaq.
 
- Nikolas Kanalesin “Neftçi”dən getdiyi artıq məlumdu. Sizcə, bombardirin gedişi son çempion üçün nə dərəcədə ciddi itkidi?
- Əvəzolunmaz futbolçu yoxdu. Şübhəsiz ki, Kanales əla futbolçudu və onun kimisini tapmaq çətin olacaq. Amma klubun ondan niyə imtina etməsini də gözəl anlayıram. Çünki birdən-birə futbolçunun qiymətini bu qədər qaldırması normal qarşılana bilməzdi. Mən özüm də “Neftçi”nin baş məşqçisi olmuşam və nədən danışdığımı gözəl bilirəm. Əgər bir futbolçunun tələbini yerinə yetirirsənsə, o zaman digərləri də eyni şeyi tələb etməyə başlayırlar. Düzdü, Kanalesə öyrəşmişdik, komandanın hücum xətti onunla çox yaxşı təsir bağışlayırdı. Amma “Neftçi”də Bahodir Nasimov da var. Ötən mövsümü ağır zədə səbəbindən buraxsa da, o, qol vurmağı bacarır. Əgər o, əvvəlki kimi forma yığsa, “Neftçi”yə heç “vuran ayaq” axtarmaq da lazım deyil.
 
- Azərbaycan millisinin Lüksemburqla ev oyununda qələbə qazana bilməməsini necə şərh edərdiniz?
- Burda bəraət axtarmaq lazım deyil. Azərbaycan bu cür rəqibləri məğlub etməyə borcludu. Maliyyə planında futbolumuz çox inamlı addımlarla irəliləyir. Amma futbolda hər şeyə meydanda aydınlıq gəlir ki, Lüksemburqla görüşdə də bizim sadəcə bəxtimiz gətirmədi.
 
- Oyundan sonra Ruslan Abışovun “istefa” qışqıran azarkeşlərlə bağlı səsləndirdiyi fikirlərə münasibətiniz necədi?
- Hesab edirəm ki, o, nədəsə haqlıdı. Onu da başa düşmək olar. Oyun qurtarmamışdı və futbolçularımızı dəstəkləmək lazım idi. Çünki bu cür hərəkətlər futbolçulara çox pis təsir edir.
 
- Sizcə, millimiz qarşıdakı oyunlarda xal qazana biləcək?
- Adətən yığmamız hər seçmə mərhələdə güclü rəqiblərindən xal almağı bacarır. Fikrimcə, bu dəfə də istisna olmayacaq.
 
- AFFA-nın avqust ayından etibarən Berti Foqtsa əvəzləyici axtarmağa başlayacağı deyilir. Öz gücünüzü əsas millidə sınamaq istəmirsiz?
- Mən bu barədə düşünməmişəm. İndi bütün fikirlərim öz komandama yönəlib. Əlbəttə, həyatda hər şey olur. Amma gələcəkdə nəyin necə olacağını heç birimiz bilmirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.