16 iyun 2013 11:54
İnterin Avstriya toplanışı: 1-ci gün (VİDEO, FOTOLAR)
Xəbər verdiyimiz kimi, ötən gün “İnter” Avstriyadakı hazırlıq prosesinə start verib. Azerisport.az xəbər verir ki, “bankirlər” Tirol toplanışının birinci günü 2 məşqə çıxıb.
Komanda saat 10:30-da və 17:00-da məşqə çıxıb. Səhər məşqində “İnter” əsasən fiziki məşğələləri yerinə yetirib. Axşam məşqində isə futbolçular daha çox topla məşq ediblər və kiçik qapılara futbol oynayıblar. Axşamkı məşq 1 saat 30 qəqiqə davam edib.
