16 iyun 2013 18:20
Azərbaycan Macarıstana da məğlub oldu (YENİLƏNİB)
İtaliyada çimərlik futbolu üzrə Avroliqa yarışları davam edir. Azerisport.az xəbər verir ki, birinci diviziona vəsiqə uğrunda Azərbaycan yığması da mübarizə aparırdı.
Qeyd edək ki, B qrupunda yer alan millimiz Türkiyə, Macarıstan və İsraillə yarışırdı. Komandamızın ilk rəqibi İsrail olmuşdu və millimiz bu görüşdə darmadağınla üzləşmişdi – 1:7. Təəssüf ki, millimiz Türkiyə ilə qarşılaşmada da darmadağından qaça bilmədi - 2:6.
Bu gün isə komandamız qrupdakı son oyununda Macarıstanla qarşılaşıb. Hansı ki, bu komanda da ilk oyununda Türkiyəyə 1:3 uduzsa da, İsrailə 3:2 hesabıyla qalib gəlib. Yığmamız bu görüşdə 3:0 hesabıyla öndə olsa da, sonda yenə məğlubiyyətlə üzləşib.
16 iyun
Azərbaycan – Macarıstan - 4:4 (penaltilərlə - 0:1)
