17 iyun 2013 00:17
Neftçinin yeni legionerləri komandaya Avstriya toplanışında qoşulacaqlar
Azərbaycan çempionu “Neftçi” Çempionlar Liqasının təsnifat mərhələsinin startına qədər heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu 4-5 yeni futbolçu ilə güclənməyi planlaşdırır.
Amma həmin legioner futbolçular komandanın Avstriyada həyata keçirəcəyi təlim-məşq toplanışına təşrif buyuracaqlar.
Qeyd edək ki, hələlik “Neftçi”nin yeni transferlərindən yalnız biri məlumdu. Bu, braziliyalı futbolçu Karlos Kardosodu.
