16 iyun 2013 12:47

Vüqar Nadirov: Mən pula üstünlük vermədim

“Qarabağ”ın yarımmüdafiəçisi Vüqar Nadirov klubun saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- “Qarabağ” bu mövsüm çempionluğa çox yaxın oldu. Ancaq son anda nəsə çatmadı. Səncə, çatışmayan nə idi?
- Hamı görürdü ki, bizim çempionluq istəyimiz böyük idi. Hər futbolçu bir qədər də artırsaydı, çempion olardıq. Ancaq alınmadı. Mən bu haqda danışmaq istəməsəm də, Premyer Liqada hakimlərin idarəçiliyi də qənaətbəxş deyildi. Hər halda ikinci yeri tutduq və Avropa Liqasına vəsiqə qazandıq.
 
- Qış fasiləsinə qədər məhsuldar oyun nümayiş etdirmədin. Lakin çempionatın final mərhələsində bir-birindən vacib qollara imza atdın. Fərqli iki dövrə keçirdin. Buna necə izah verərdin?
- Vacib oyunlar ərəfəsində baş məşqçimiz Qurban Qurbanov bizə dedi ki, hər biriniz 5 faiz artırsa, çempionluq bizim olacağıq. Onun dedikləri haqqında çox düşünürdüm və məşqlərdə də var gücümü ortaya qoyurdum. Anlayırdım ki, çempionluq çox yaxındadı. Bunun nəticəsi kimi həmin dönəmi əla keçirdim. Təəssüf ki, heç də hamı eyni şeyi bacarmadı. Çempionluğu əldən verməyimizin əsas səbəblərindən biri də bu oldu.
 
- Vurduğun qollar həm də çox baxımlı alındı. Onlardan hansı sənin daha çox ürəyincə oldu?
- Səmimi desəm, kubok matçında “Neftçi”yə vurduğum qol mənə daha çox xoş oldu.
 
- Mətbuatda xəbərlər yayıldı ki, başqa klublardan təklif almısan. Ancaq sən “Qarabağ”da qalmağı üstün tutdun. Bu qərarı verərkən nə düşündün?
- Mənim atam Qarabağ uğrunda döyüşlərdə şəhid olub, mən ağdamlıyam. Bu komandanın adı, azarkeşləri mənim üçün çox vacibdi. Ölkənin digər iddialı klublarından çox ciddi təkliflər var idi. Ancaq mən pula üstünlük vermədim.
 
- Avropa Liqasında keçirdiyi uğurlu oyunlar sayəsində “Qarabağ” ölkədə xeyli məşhurluq qazanıb. Və bir illik fasilədən sonra klub yenə Avropa səhnəsinə qayıdır. Bu dəfə qrup mərhələsinə vəsiqə qazanmaq arzusu gerçəkləşə bilərmi?
- Əlbəttə, zamanıdı. Bunun üçün gərək hazırlıq dönəmini səmərəli keçirək. Mən inanıram ki, qrup mərhələsi uzaqda deyil.
 
- Cəzalı olduğun üçün millimizin Lüksemburqa qarşı oyununu buraxmalı oldun. Azarkeşlər qələbə göləyirdilər. Lakin yenə heç-heçəyə məyus oldular. Millimiz niyə zəif oynadı?
- Azarkeşlərimizin məyusluğunu yaxşı anlayıram. İlk qoldan sonra hesab arasındakı fərqi daha da artıra bilsəydik, böyükhesablı qələbə qazana bilərdik. Ancaq fürsətləri boşa verdik və rəqib bunu bizə bağışlamadı.
 
- Bu sualım dünya futbolu ilə bağlıdır. Son illər ispanlar hegemonluq edirlər. Ancaq axırıncı Çempion Liqasında almanlar bu tendensiyaya son qoydu. Necə düşünürsən, ispanların dönəmi sona çatdı?
- Yox, mən elə düşünmürəm. Ola bilər ki, həm “Real”, həm də “Barselona”da arxayınçılıq var idi. Çox yaxşı təsir bağışlayan almanlar isə bu arxayınçılığın cəzasını kəsməkdə çətinlik çəkmədilər.  
 
- Yeni mövsümün hazılığı necə gedir?
Hələ tam gücümüzlə hazılaşa bilmirik. Legionerlər və milli futbolçularımız fərqli vaxtlarda düşərgəyə qoşuldular. Bir necə gəncimiz də bizimlədir. Getdikcə sürəti artırırıq. Yeni gələn futbolçular olacaq. Çalışacağıq Avroliqanın ilk oyununa qədər hazır olaq.
 
- Avroliqada rəqiblər artıq “Qarabağ”a zəif baxmayacaq...
- Hə, avrokuboklar üçün darıxmışıq. Azarkeşlərimizin bizdən uğur gözləməsi də tam normaldı. Bu bizim məsuliyyətimizi artırır. Uğur qazandıqca insanlar daha çox şey gözləyir. İnşallah, “Qarabağ” adını ən yaxşı şəkildə təmsil etməyə çalışacağıq.
 
- Azarkeşlərə sözün?
- Onlar hər zaman bizim yanımızda olub. Daima onların mənəvi dəstəyini hiss etmişik. İnanıram ki, birlikdə çox şeyə nail olacağıq. “Qarabağ” daim zirvə üçün döyüşüb, heç vaxt da hədəflərini dəyişməyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.