17 iyun 2013 00:34
Qarabağ Türkiyədə test verdi (FOTOLAR)
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qarabağ” Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir. Azerisport.az klub saytına istinadən xəbər verir ki, gündə 2 dəfə məşq edən komanda səhər çalışmasında test yerinə yetirib.
Qış hazırlıq dönəmində olduğu kimi, bu dəfə də ağdamlıların düşərgəsinə təşrif buyuran Niğdə Universitetinin idman araşdırmaları fakültəsinin əməkdaşları futbolçuların fiziki hazırlıqlarını yoxlayıblar. Emin Süelin başçılıq etdiyi araşdırma qrupunun verdiyi informasiyaya görə, normativlərə uyğun olaraq oyunçuların hazırlıq planı müəyyənləşəcək.
