17 iyun 2013 00:58
Bakı İnterinin sabiq oyunçusu Bolqarıstan klubuna keçir
“İnter”in sabiq yarımmüdafiəçisi Petar Zlatinov karyerasını vətəni Bolqarıstanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onunla yerli “Litex” klubu maraqlanır.
“Bankirlər”lə yollarını bu yay ayıran təcrübəli futbolçu vaxtilə bu komandada çıxış edib. Bu üzdən də tərəflərin yenidən işbirliyi qurması istisna deyil.
Qeyd edək ki, Zlatinov 2008-ci ildən “İnter”də çıxış edirdi.
