17 iyun 2013 01:14
Portuqaliya klubunun üzvü Azərbaycan çempionatında çıxış edə bilər
Portuqaliyanın “Mafra” klubunun hücumçusu Luis Tavares karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Amma onun konkret hansı klubumuzdan təklif aldığı bildirilmir. Kabo-Verdedən olan 30 yaşlı futbolçu ilə Kipr, həmçinin Portuqaliyanın digər klubları da maraqlanır. Tavares özü isə yenə Portuqaliyada qalmaqda maraqlı olduğunu dilə gətirib.
Qeyd edək ki, Tavaresin şərəfini qoruduğu “Marfa” klubu Portuqaliyanın gücünə görə üçüncü çempionatında çıxış edir.
